Çövkən milli atüstü oyunları başlayıb
2020-12-15 14:09
Dekabrın 15-dən 24-dək Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunu keçiriləcək. Yarışda ölkənin müxtəlif regionlarından 8 komanda mübarizə aparacaq. Koronavirus pandemiyası ilə bağlı bütün oyunlar tamaşaçıların iştirakı olmadan və açıq havada – Binə Atçılıq Mərkəzinin açıq manejində reallaşacaq.
Nərgiz Camal