Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək
Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək. Yarışın 2024-cü ilin sentyabrında təşkili planlaşdırılır. İştirakçı komanda sayının daha çox olması istisna deyil. Çövkən üzrə I dünya çempionatı 6 komandanın iştirakı ilə keçirilib və Azərbaycan millisi dünya çempionatının qalibi olub.
Lalə Nəsib