“Real” Madrid yay transferlərini təxirə salıb
2020-03-28 12:07
“Real” Madrid yay transferlərini təxirə salıb. Buna səbəb koronavirus klubun büdcəsində yaranan qeyri-sabitlikdi. Pandemiyaya görə teleyayım və digər kommersiya gəlirlərindən əldə edilən gəlir xeyli azalıb. Bildirilir ki, kral klubu bu məsələ ilə bağlı işlərə yalnız İspaniya La Liqasının bərpası tarixi qətiləşəndən sonra qayıdacaq.
Vəfa Şairova