“Qaraçılar məhəlləsi”nə giriş-çıxış məhdudlaşdırılıb
2020-05-19 14:03
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazinin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar. Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb və cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq edilib.
Nərgiz Camal