Şoran torpaqların istifadəsi metodları hazırlanıb
2020-01-13 14:03
"Azərbaycanın mərkəzi hissəsində suvarılan şorlaşmış boz-çəmən torpaqların istifadəsi metodları" işlənib hazırlanıb, artıq layihəyə patent də verilib. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevin sözlərinə görə, tədqiqatların nəticələri şorlaşmış boz-çəmən torpaqlarının münbitliyinin yüksəldilməsi və aqrosenozların məhsuldarlığının artırılmasına yönəldilib. Şoran torpaqlar Azərbaycanın 1,3-1,5%-ni əhatə edir.
Ruhəngiz Hacızadə