Şəmkir sakini qardaşını bıçaqlayıb
2020-03-29 16:07
Şəmkirdə rayon sakini, 31 yaşlı Elşən Əliyev qardaşı, 31 yaşlı Rövşən Əliyev tərəfindən ailədaxili münaqişə zəminində qarın nahiyəsindən bıçaqlanıb. Rövşən Əliyevin hadisəni törədən zaman sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova