Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib
2020-03-28 14:00
Çin öz imkanları daxilində Azərbaycana koronavirusla mübarizəyə yardım göstərməyə hazırdır. Çinin Xarici işlər naziri Van İn Azərbaycanlı həmkarı Elmar Məmmədyarova ünvanladığı teleqramda epidemiya vəziyyətinin qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazır olduqlarını bəyan edib.
Nərgiz Camal