Xarici narkotacirlərlə əlbir olan gənc narkokuryer tutulub
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.Araşdırmalarla müəyyən olunub ki,o xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.Faktla bağlı saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/xarici-narkotacirl%C9%99rl%C9%99-%C9%99lbir-olan-g%C9%99nc-narkokuryer-tutulub

