Xankəndində növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyulun 3-də Xankəndi Konqres Mərkəzində növbəti əmək yarmarkası keçirəcək.Yarmarkada Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə fəaliyyət göstərən 20 dövlət və özəl müəssisə tərəfindən 120-dən çox vakansiya təqdim olunacaq. Yarmarkada iştirak etmək istəyən namizədlərdən şəxsiyyət vəsiqəsini təqdim etmələri tələb olunur.
url:
http://kepezfm.az/xeberler/xank%C9%99ndind%C9%99-n%C3%B6vb%C9%99ti-%C9%99m%C9%99k-yarmarkas%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

