Xankəndidə III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir
Xankəndidə 15-17 oktyabrda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə “III Azərbaycan Milli Şəhərsalma Forumu” keçirilir. Məqsəd şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir. Forumda 60-dan çox ölkədən xarici rəsmilər iştirak edirlər.
url:
http://kepezfm.az/xeberler/xank%C9%99ndid%C9%99-iii-az%C9%99rbaycan-milli-%C5%9F%C9%99h%C9%99rsalma-forumu-ke%C3%A7irilir