Xankəndi və Ağdərədə yarımstansiyalar tikilir
“AzərEnerji” ASC Xankəndidə “Xankəndi-2” və Ağdərədə “Həsənriz” yarımstansiyalarını ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edir.Qurumun məlumatına görə, “Xankəndi-2” yarımstansiyası şəhərin və ətraf ərazilərin etibarlı elektrik təchizatını gücləndirəcək. “Həsənriz” yarımstansiyası isə Ağdərədə istehlakçıların enerji təminatını yaxşılaşdırmaqla yanaşı, “Sərsəng” və digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz ötürülməsini təmin edəcək.Layihələr başa çatdıqdan sonra şirkətin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq.
url:
http://kepezfm.az/xeberler/xank%C9%99ndi-v%C9%99-a%C4%9Fd%C9%99r%C9%99d%C9%99-yar%C4%B1mstansiyalar-tikilir

