Xankəndi şəhər stadionunda ilk futbol həyəcanı yaşanır
Bu gün saat 16:00-dan etibarən Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilir.I Liqanın VIII turu çərçivəsində "Xankəndi" komandası öz meydanında "Karvan-Yevlax"ı qəbul edir. Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Stadionun açılışı noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
url:
http://kepezfm.az/xeberler/xank%C9%99ndi-%C5%9F%C9%99h%C9%99r-stadionunda-ilk-futbol-h%C9%99y%C9%99can%C4%B1-ya%C5%9Fan%C4%B1r

