"Xırda buynuzlu heyvanların bəslənilməsi üçün örüşlər kifayət qədər deyil"-Nazir müavini
Azərbaycanda xırdabuynuzlu heyvanların bəslənilməsinə xidmət edə biləcək örüş və otlaqlar kifayət qədər deyil.Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkədə 2 milyon hektardan çox örüş və otlaq sahəsi var. Lakin iqlim dəyişiklikləri və biomüxtəlifliyin azalması bu ərazilərin yem bazasına da təsir göstərir.Xırdabuynuzlu heyvandarlıqda yem bazasının yaxşılaşdırılması üçün subsidiya ayrılacaq. Fermerlər bu vəsaitdən istifadə etdikləri və ya icarəyə götürdükləri örüş və otlaqların yem bazasını yaxşılaşdırmaq üçün yararlana biləcəklər.
url:
http://kepezfm.az/xeberler/x%C4%B1rda-buynuzlu-heyvanlar%C4%B1n-b%C9%99sl%C9%99nilm%C9%99si-%C3%BC%C3%A7%C3%BCn-%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r-kifay%C9%99t-q%C9%99d%C9%99r-deyil-nazir-m%C3%BCavini

