Xüsusi nümayəndə: Zəngilan-İran körpüsü regional nəqliyyatda mühüm rol oynayacaq

Zəngəzur Dəhlizinin icrası davam edir. Bu barədə WUF13 çərçivəsində Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib. O bildirib ki, Zəngəzur dəhlizi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına şərait yaradacaq və Azərbaycanın yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq. Avtomobil yolunun bir hissəsi artıq tamamlanmaq üzrədir, dəmir yolu xəttinin tikintisi də sona yaxınlaşır. Vahid Hacıyev Araz çayı üzərində Zəngilanı İranla birləşdirən körpünün regional logistika üçün mühüm rolunu da vurğulayıb. Eyni zamanda, mina problemi Qarabağ və Şərqi Zəngəzurda əsas çağırış olaraq qalır, minatəmizləmə işləri isə fasiləsiz davam etdirilir.

url: 
http://kepezfm.az/xeberler/x%C3%BCsusi-n%C3%BCmay%C9%99nd%C9%99-z%C9%99ngilan-iran-k%C3%B6rp%C3%BCs%C3%BC-regional-n%C9%99qliyyatda-m%C3%BCh%C3%BCm-rol-oynayacaq
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik