WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində tədbirlər keçiriləcək
Bakıda mayın 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiya (WUF13) çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərində festival proqramı baş tutacaq.Festivalın açılışı 28 apreldə Bakıda, daha sonra ölkənin bir sıra şəhərlərini əhatə edəcək. Gəncədə isə tədbir 8 mayda Heydər Əliyev adına meydanda keçiriləcək. Festival çərçivəsində günün ilk yarısında məlumatlandırma sessiyaları, axşam saatlarında isə açıq hava proqramları təşkil olunacaq. İştirakçılara dayanıqlı şəhər inkişafı, innovativ həllər və gələcəyin şəhərləri mövzusunda təqdimatlar və interaktiv fəaliyyətlər təqdim ediləcək.
url:
http://kepezfm.az/xeberler/wuf13-%C9%99r%C9%99f%C9%99sind%C9%99-az%C9%99rbaycan%C4%B1n-bir-s%C4%B1ra-%C5%9F%C9%99h%C9%99rl%C9%99rind%C9%99-t%C9%99dbirl%C9%99r-ke%C3%A7iril%C9%99c%C9%99k

