"WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” platformasında Zəfər Günü ilə əlaqədar yayılan saxta kampaniyalar barədə vətəndaşlara xəbərdarlıq edib.İstifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat pul mükafatı vəd edən, tərkibində zərərli keçidlər olan mesajlar göndərilir.Agentlik vətəndaşlara dövlət qurumları və rəsmi şəxslərin adından göndərilən şübhəli mesajlardakı keçidlərə daxil olmamağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edib.Belə hallarla qarşılaşan şəxslərdən MKA-nın rəsmi internet səhifəsi vasitəsilə məlumat vermələri xahiş olunub.
url:
http://kepezfm.az/xeberler/whatsappda-yay%C4%B1lan-saxta-kampaniyalarla-ba%C4%9Fl%C4%B1-v%C9%99t%C9%99nda%C5%9Flara-x%C9%99b%C9%99rdarl%C4%B1q-edilib

