VI İslam Həmrəyliyi Oyunlarında uğurlarımız davam edir
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında birdən və təkanla qaldırmanın cəmində 391 kiloqram nəticə ilə iki gümüş medal qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi isə oyunların dördüncü matçında Əfqanıstan üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Yığmanın qızıl medal uğrunda həlledici görüşdə rəqibi Türkiyə olacaq.
url:
http://kepezfm.az/xeberler/vi-islam-h%C9%99mr%C9%99yliyi-oyunlar%C4%B1nda-u%C4%9Furlar%C4%B1m%C4%B1z-davam-edir

