Canlı
Vasiflə Fatimə 2 ay əvvəl efirdə dalaşmışdılar, indi qucaqlaşdılar

Vasiflə Fatimə 2 ay əvvəl efirdə dalaşmışdılar, indi qucaqlaşdılar

Bir neçə ay əvvəl canlı yayımda dava edən rəqqasə Fatimə Fətəliyeva və əməmkdar artist Vasif Məhərrəmli birlikdə kamera qarşısına keçib. Fatimə barışdıqlarını bir daha nümayiş etdirərək, bunları deyib: "İnsanlar düşünər ki, iki ay əvvəl efir qarşısında bir-birinə nələr dedilər. Evdə də olur ailə üzvləri bir-birini başa düşmür. Vasif bəydə də mənə qarşı yanlış məlumat olmuşdu. Jest etdi, kübarlığını göstərdi". Vasif isə "Hər şey arxada qaldı" deyib.
Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb müğənni Xatun Əliyeva olub. Xatunla dava edən Fatimədən Vasif də küsüb. "Hər şey daxil" verilişində V.Məhərrəmli Fatimənin ünvanına "Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Sonra tədbirdə Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da...” sözlərini demişdi. Onun sözlərini kəsən Fatimə “Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Danışıq qabiliyyətin olsun” deyərək, əsəbi cavab verib.

2019-01-11 / 08:42