Valideynlərinin gözü qarşısında köpək balıqları qızı parçaladılar
Torrans şəhərinin sakini, istedadlı , məşhur 21 yaşlı tələbə Cordan Lindsi ailəsi ilə Baham adalarına istirahətə yollanıb. Burada o, sualtı üzgüçülüklə məşğul olmaq üçün katerlə gəzintiyə çıxıb. Lindsi maska ilə suya enəndə onun ailəsi dəhşətli mənzərə ilə qarşılaşıb.Onlar üç köpək balığının qıza yaxınlaşdığını görüblər. Ailənin gözü qarşısında köpək balıqları qıza hücum ediblər. Yırtıcılar onun bütün bədənini dişləyiblər və sağ qolunu qoparıblar. Cordanı xəstəxanaya aparılsada onu xilas etmək mümkün olmayıb.
Nurlana Abdullayeva
2019-06-28 12:22