Vaşinqton İranın yeni təklifini razılaşma üçün məqbul hesab etmir
ABŞ İranın atəşkəslə bağlı yeni təklifini kifayət qədər məqbul hesab etməyib. “Axios”un məlumatına görə, Ağ Ev sənəddə ciddi dəyişikliklərin olmadığını bildirib. Pakistan vasitəçiliyi ilə təqdim olunan 14 maddəlik təklif atəşkəs və etimadın möhkəmləndirilməsini əhatə edir. ABŞ Prezidenti Donald Tramp isə bəzi liderlərin xahişi ilə İrana planlaşdırılan hücumun dayandırıldığını açıqlayıb. Tehran isə dialoqa hazır olduğunu, lakin geri çəkilməyəcəyini bildirib.
url:
http://kepezfm.az/xeberler/va%C5%9Finqton-iran%C4%B1n-yeni-t%C9%99klifini-raz%C4%B1la%C5%9Fma-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99qbul-hesab-etmir

