Vətəndaşların vəsaitini ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Lənkəranda dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.Faktla bağlı onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n-v%C9%99saitini-%C9%99l%C9%99-ke%C3%A7irm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

