Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb
Azərbaycanda 5 iyun – Ümumdünya Ətraf Mühit Günü ilə bağlı keçiriləcək tədbir və ekoloji aksiyalara hazırlıq gedir.Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva vətəndaşları kampaniyada fəal iştirak etməyə çağırıb.“Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında keçiriləcək təşəbbüs çərçivəsində ağacəkmə, ətraf mühitin təmizlənməsi, maarifləndirici görüşlər və açıq hava tədbirləri təşkil olunacaq. Tədbirlə bağlı məlumatlar wed2026.az platformasında yerləşdiriləcək.
url:
http://kepezfm.az/xeberler/umayra-ta%C4%9F%C4%B1yeva-%C9%99halini-ekoloji-aksiyalarda-i%C5%9Ftiraka-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

