Ukraynaya növbəti humanitar yardım göndərilib
Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı yola salınıb. Sumqayıt Texnologiyalar Parkından göndərilən yükə kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.Yardım Prezident İlham Əliyevin sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunub.
url:
http://kepezfm.az/xeberler/ukraynaya-n%C3%B6vb%C9%99ti-humanitar-yard%C4%B1m-g%C3%B6nd%C9%99rilib

