UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib. “Məktəblərdə Futbol Dərsi” layihəsi çərçivəsində təşkil olunan yarışın məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təşviqi və futbola marağın artırılması olub.Final oyununda Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin komandası Xarici Dillər Təmayüllü Gimnaziyanı məğlub edərək "çempion" adına yiyələnib.
url:
http://kepezfm.az/xeberler/uefa-n%C4%B1n-d%C9%99st%C9%99yi-il%C9%99-g%C9%99nc%C9%99d%C9%99-m%C9%99kt%C9%99blil%C9%99r-aras%C4%B1nda-minifutbol-turniri-ke%C3%A7irilib

