UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib
UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib.Fransa Belçikanı 4:1, İtaliya isə Türkiyəni 3:1 hesabı ilə məğlub edib.Ukrayna Macarıstana 1:2 hesabı ilə uduzub, Şimali İrlandiya–Gürcüstan və Monteneqro–Ermənistan görüşləri qolsuz heç-heçə ilə başa çatıb.Digər oyunlarda İsveç Rumıniyanı 1:0, Bosniya və Herseqovina Polşanı 1:0, Kipr isə Latviyanı 2:1 hesabı ilə məğlub edib.Turun növbəti oyunları bu gün keçiriləcək.A, B və C liqalarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/uefa-mill%C9%99tl%C9%99r-liqas%C4%B1-fransa-bel%C3%A7ikan%C4%B1-italiya-t%C3%BCrkiy%C9%99ni-m%C9%99%C4%9Flub-edib

