UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
UEFA Avropa Liqasının əsas mərhələsinin ilk oyun günündə İtaliyanın “Milan” klubu doğma meydanda Portuqaliyanın “Benfika” komandasına 0:2 hesabı ilə uduzub.Digər oyunlarda “Sparta” “Ararat-Armeniya”nı 4:1, “Selta” isə “Omoniya”nı 1:0 hesabı ilə məğlub edib.“Bayer” “Selye”ni 2:0, “Lion” “Anderlext”i 2:1, “Sanderlend” isə “AZ Alkmaar”ı 1:0 hesabı ilə üstələyib.“Şturm” – “Renn” və “Hapoel” – “Dinamo” matçlarında qalib müəyyənləşməyib. “Olimpiakos” isə “Yagelloniya”ya 2:1 hesabı ilə qalib gəlib.İlk turun digər 9 oyunu isə bu gün saat 20:45 və 23:00-da keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/uefa-avropa-liqas%C4%B1nda-%C9%99sas-m%C9%99rh%C9%99l%C9%99nin-ilk-oyunlar%C4%B1-ke%C3%A7irilib

