UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsində dördüncü turun növbəti oyunları bu gün keçiriləcək. Turun ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq.Saat 21:45-də “Fənərbağça” və İngiltərənin “Liverpul” komandaları arasında matç başlayacaq.Eyni vaxtda Yunanıstanda AEK futbol klubu “Real”ı qəbul edəcək.Gecə saat 12-də isə daha 7 oyun keçiriləcək. Almaniyada “Borussiya” “Betis”lə, Portuqaliyada “Portu” “Napoli” ilə üz-üzə gələcək. Həmçinin “PSV” – “Brügge”, “Leyptsiq” – “Mançester Siti”, “Slaviya” – “Arsenal” və “Lans” – “Komo” qarşılaşmaları baş tutacaq.Azərbaycan təmsilçisi “Sabah” isə səfərdə Norveçin “Vikinq” komandası ilə gecə saat 12-də qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/uefa-%C3%A7empionlar-liqas%C4%B1nda-iv-turun-n%C3%B6vb%C9%99ti-oyunlar%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

