UEFA Çempionlar Liqası: "Qarabağ"ın səfər oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
"Qarabağ"ın İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər bu gün satışa çıxarılacaq.Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər."Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə saat 12-də İngiltərədə baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/uefa-%C3%A7empionlar-liqas%C4%B1-qaraba%C4%9F%C4%B1n-s%C9%99f%C9%99r-oyununa-az%C9%99rbaycanl%C4%B1-azarke%C5%9Fl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-biletl%C9%99r-sat%C4%B1%C5%9F

