Tuğba Özerk 4 aylıq evliliyi bitirdi

Tuğba Özerk 4 aylıq evliliyi bitirdi

Müğənni Tuğba Özerk 4 aydır ailəli olduğu Altan Nuhdan boşanır.

Avqusta Çeşmədə meneceri ilə rəsmi nikaha girən Tuğba boşanma səbəbini belə açıqlayıb:

"Biz çox yaxşı iki dostuq. Ancaq evlənib eyni evin içinə girdikdən sonra yola getməyəcəyimizi başa düşdük və ayrılırıq. Bu mövzuyla bağlı xəbər yazarkən göstərdiyiniz həssaslıq üçün əvvəlcədən təşəkkür edirəm".

Cütlüyün boşanması üçün hüquqi işlərin artıq başladığı deyilir.

Ayşən Zeynallı