Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
ABŞ Prezidenti Donald Tramp İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib.O, bu barədə “Truth Social” platformasında paylaşım edib.İyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran bu addımı İsrail Müdafiə Ordusunun Livanda “Hizbullah” təşkilatına qarşı davam edən əməliyyatları ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə zərbələr endirib.İranın hərbi komandanlığı isə İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.Məlumatda vurğulanır ki, Livana zərbələr bərpa ediləcəyi təqdirdə, növbəti cavab hücumu daha güclü olacaq.
url:
http://kepezfm.az/xeberler/tramp-israil-v%C9%99-irandan-g%C9%99rginliyi-d%C9%99rhal-azaltma%C4%9F%C4%B1-t%C9%99l%C9%99b-edib

