Tramp İrana qarşı birgə əməliyyatın məqsədini açıqlayıb
Donald Tramp "Truth Social"da yazıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının əsas məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır. Tramp əlavə edib ki, neft qiymətləri artanda ABŞ qazanc əldə edir, amma onun üçün prioritet Yaxın Şərqdə və dünyanın təhlükəsizliyində nüvə silahının yayılmamasıdır. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və nəticədə bir sıra yüksək vəzifəli şəxslər öldürülüb, regiondakı hədəflərə zərbələr endirilib.
url:
http://kepezfm.az/xeberler/tramp-irana-qar%C5%9F%C4%B1-birg%C9%99-%C9%99m%C9%99liyyat%C4%B1n-m%C9%99qs%C9%99dini-a%C3%A7%C4%B1qlay%C4%B1b

