Tramp İranı Hörmüz boğazında rüsum tətbiqi ilə bağlı xəbərdar edib

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İran gəmilərin Hörmüz boğazından keçməsi üçün heç bir rüsum, sığorta haqqı və ya digər ödəniş almır.O qeyd edib ki, bu məlumatın həqiqətə uyğun olmadığı sübuta yetirilərsə, danışıqlar dərhal dayandırılacaq.Tramp həmçinin ABŞ-nin İrana pul vəsaiti verdiyi və ya ona məxsus aktivləri blokdan çıxardığı barədə yayılan xəbərləri təkzib edib.ABŞ liderinin sözlərinə görə, Vaşinqton ABŞ-nin nəzarətində olan dondurulmuş İran vəsaitlərinin bir hissəsini İran üçün ərzaq alınmasına yönəltməyi nəzərdən keçirir. Bu vəsaitlərin qarğıdalı, buğda və digər kənd təsərrüfatı məhsullarının yalnız ABŞ istehsalçılarından alınmasına sərf ediləcəyi bildirilib.Tramp əlavə edib ki, İranın ərzağa kəskin ehtiyacı var.

url: 
http://kepezfm.az/xeberler/tramp-iran%C4%B1-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1nda-r%C3%BCsum-t%C9%99tbiqi-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdar-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik