Tramp Hörmüz boğazının açıldığını bəyan edib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində blokadanın aradan qaldırıldığını bəyan edib.O bildirib ki, bu addım qlobal ticarət və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır və bütün dünya üçün atılıb.Tramp həmçinin qeyd edib ki, Çinlə əməkdaşlıq davam edir və yaxın həftələrdə bu ölkəyə səfər etməyi planlaşdırır.Xatırladaq ki, regionda gərginlik ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra artmış, tərəflər isə aprelin əvvəlində müvəqqəti atəşkəsə razılaşıblar.
url:
http://kepezfm.az/xeberler/tramp-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1ld%C4%B1%C4%9F%C4%B1n%C4%B1-b%C9%99yan-edib

