Tovuzda Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluğa həsr olunan konfrans keçirilib
Baş Prokurorluq tərəfindən Tovuzda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli Qurtuluşun Hüquqi Təməlləri və Qanunçuluq” mövzusunda tədbir keçirilib. Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, hüquqi islahatlar və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib, hüquqi maarifləndirmə ilə bağlı fikir mübadiləsi aparılıb.
url:
http://kepezfm.az/xeberler/tovuzda-milli-qurtulu%C5%9Fun-h%C3%BCquqi-t%C9%99m%C9%99ll%C9%99ri-v%C9%99-qanun%C3%A7ulu%C4%9F-h%C9%99sr-olunan-konfrans-ke%C3%A7irilib

