Tovuzda 19 yaşlı qızı qaçırmaqda şübhəli bilənən 4 nəfər saxlanılıb
Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb.Polis qızın yeri müəyyən edərək ailəsinə təhvil verib.Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb.İstintaq araşdırmaları davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/tovuzda-19-ya%C5%9Fl%C4%B1-q%C4%B1z%C4%B1-qa%C3%A7%C4%B1rmaqda-%C5%9F%C3%BCbh%C9%99li-bil%C9%99n%C9%99n-4-n%C9%99f%C9%99r-saxlan%C4%B1l%C4%B1b

