Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib
Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub. Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb. Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Sumqayıt şəhər stadionunda keçirirdi.
url:
http://kepezfm.az/xeberler/tovuz-%C5%9F%C9%99h%C9%99r-stadionunun-qazonu-yenid%C9%99nqurmadan-sonra-t%C9%99fti%C5%9F-edilib

