Tolqa Sarıtaş 170 min istəyincə, olanlar oldu

Tolqa Sarıtaş 170 min istəyincə, olanlar oldu

Emre Kınayla ötən il "Günəşin Qızları" adlı serialda oynayan Sarıtaş, usta aktyorla yenidən bir araya gələcəyi serialda bölüm başı 170 min lirə tələb edib.

Layihə üçün reallaşdırılan yığıncaqda çoxbilmiş rəftarlarıyla da hər kəsi əsəbləşdirdiyi iddia edilən Sarıtaşın dodaq uçuqladan tələbi qarşısında Emre Kınay su şüşəsini sındırıb.

Kınay, gənc aktyorun istədiyi məbləğə "Aktyorluqda sənin yaşın qədər təcrübəm var. Mən belə bu dizi üçün bölüm başı 60 min lirəyə "bəli" dedim.

"Bir neçə serialda rol aldıqda özünü ulduz hesab etdin?" deyə reaksiya verdiyi iddia edilib.

Qəzəbi keçməyən 46 yaşındakı aktyorun su şüşəsini yerə atıb ssenarini cırıb atdığı da danışılır.

Ayşən Zeynallı