Tolik, botoks və ağsaqqallıq...

Tolik, botoks və ağsaqqallıq...

Prodüser Tolik yazdığı fikirlərlə sosial şəbəkəni bir-birinə vurub. Saqqallı fotosunu "İnstagram" səhifəsində paylaşıb və belə şou əhlinin bostanını daşlayıb: "Baxın, saqqalım da ağarıb. Deməli, şou-biznesin ağsaqqalı özüməm. Amma saqqalım qara da olsaydı, sözüm bəzi botokslu ağsaqqallardan çox keçir". Tolikin bu atmacası, yəqin ki, üzünə botoks etdirən sənətçiləri özündən çıxaracaq.
Ayşən Zeynallı