Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekununda Türküstan Bəyannaməsini imzalayıblar.Təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev bildirib ki, Zəngəzur dəhlizi, Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Türk dövlətləri arasında strateji əməkdaşlığı gücləndirir və regionun nəqliyyat-logistika imkanlarını genişləndirir.Qazaxıstanda həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin prezidentləri Türküstanda Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.Mərkəz türk xalqlarının tarixi, mədəni və mənəvi irsinin qorunması və tanıdılması məqsədilə yaradılır.Tədbir çərçivəsində “GovTech” rəqəmsal həlləri də təqdim olunub, süni intellekt sahəsində türk dövlətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib.

