Türkiyə Böyük Millət Məclisi Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu təsdiqləyəcək.Bunu TBMM sədri Numan Kurtulmuş bildirib.İmzalanan beynəlxalq sənədlər planlaşdırılmış qrafikə uyğun olaraq parlamentin müzakirəsinə çıxarılır və ratifikasiya edilir.“İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”, – deyə o qeyd edib. Xatırladaq ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 22 iyul 2025-ci ildə İstanbulda imzalanıb və həmin ilin dekabr ayında Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunub.

