Tbilisidə Erməni təxribatı - Heydər Əliyevin büstü zədələnib, Ermənistan vətəndaşı saxlanılıb
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb.Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu vəkil tərəfindən təsdiqlənib. Onun 40 yaşdan yuxarı olduğu, Tbilisiyə turist kimi gəldiyi və hazırda susmaq hüququndan istifadə etdiyi bildirilir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Büstün üz hissəsinin bir qisminin zədələndiyi, hazırda isə restavrasiya məqsədilə örtüldüyü açıqlanıb. Hadisənin motivi və hansı vasitə ilə törədildiyi hələ məlum deyil.Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, istintaq və digər prosessual tədbirlər davam etdirilir və nəticələri gözləmək lazımdır.
url:
http://kepezfm.az/xeberler/tbilisid%C9%99-erm%C9%99ni-t%C9%99xribat%C4%B1-heyd%C9%99r-%C9%99liyevin-b%C3%BCst%C3%BC-z%C9%99d%C9%99l%C9%99nib-erm%C9%99nistan-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1-saxlan%C4%B1l%C4%B1b

