Canlı
Tarkan ata olacağını bu paylaşımla elan etdi

Tarkan ata olacağını bu paylaşımla elan etdi

Müğənni Tarkan ata olacaq. Bu barədə ifaçı özü İnstaqram səhifəsində bildirib. Tarkan video paylaşaraq deyib: “Xeyli vaxtdır yazılır. Bu məsələ ilə bağlı çox danışılır. Bizdən də hər gün soruşurlar ki, "Doğrudur?" "Elə bir şey yoxdur", desək də, inanmırlar. Deməli, hiss edirlər. Bəlkə də haqlıdırlar. Bəli, doğrudur, ata olacam. Çox xoşbəxtəm, bunu sizlə paylaşmaq istədim”. Qeyd edək ki, Tarkan pərəstişkarı Pınar Tevetoğlu ilə evlidir. Pınar 3 aylıq hamilədir.

Videonu bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=KHaw5h_HKpY

2018-02-08 / 21:08