Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. 2022–2026-cı illəri əhatə edən sertifikatlaşdırma prosesində 104 min 435 müəllim iştirak edib və demək olar ki, bütün müəllimlər ən azı bir dəfə imtahana cəlb olunub. İmtahanlarda uğur qazanan müəllimlərin haqqılarına 10 faiz, yüksək nəticə göstərən müəllimlərin maaşı isə 35 faiz artırılıb. Hər iki cəhddə uğur qazana bilməyən 9 min 334 müəllimlə isə əmək müqaviləsinə xitam verilib.Emin Əmrullayev bildirib ki, Müəllimlərin İşə Qəbulu imtahanı ilə sistemə daxil olan müəllimlər sertifikatlaşdırmada daha yüksək nəticələr göstəriblər. O qeyd edib ki, imtahanların orta nəticəsinin keçid balından yüksək olması sertifikatlaşdırmanın çətin olmadığını təsdiqləyir.Nazir əlavə edib ki, tamştatlı müəllimlər yenidən sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək, mərhələli şəkildə isə 20 min yeni tamştatlı müəllim vəzifəsi yaradılacaq.Nazir bildirib ki, təhsil sistemində əsas məsələlərdən biri bacarıqlı məktəb direktorlarının seçilməsidir. Onun sözlərinə görə, hər yaxşı müəllim yaxşı direktor olmur və bu yanaşma bəzən həm müəllim, həm də idarəetmə baxımından itkiyə səbəb olur. O, əlavə edib ki, məktəblərdə səmərəli idarəetmə üçün direktor, direktor müavini və metodistlərin seçimi sistemi də təkmilləşdirilməlidir.IV-VI siniflərin monitorinq nəticələrinə gəldikdə isə bəzi siniflərdə 50-70 % şagird minimal standarlara cavab vermir. Emin Əmrullayev bildirib ki, belə siniflərin sayı 100-dən az deyil.

