"Tamştatlı müəllim konsepti 2027-ci ilə qədər tətbiq olunmayacaq" – Nazir

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Emin Əmrullayev bildirib ki, hazırda Azərbaycan məktəblərində tamştatlı müəllim konsepti üzərində işlənir. Məqsəd müəllimlərin məktəbin tamhüquqlu üzvü kimi hiss etməsini təmin etmək və maaş sistemini təkmilləşdirməkdir. Nazir bildirib ki, mövcud statistika müəllimlərin 4–6 saat dərs yükü əsasında aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır: "Eyni zamanda, müəllimin öz əməkhaqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi mexanizm də doğru deyil və dəyişdirilməlidir"- deyə, o bildirib. Nazir qeyd edib ki, yeni sistemdə tam ştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır. E.Əmrullayev bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı olduğunu da vurğulayıb. Nazir bu baxımdan saat hesabı maaş sistemindən uzaqlaşmağın zəruri olduğunu hesab edir.

url: 
http://kepezfm.az/xeberler/tam%C5%9Ftatl%C4%B1-m%C3%BC%C9%99llim-konsepti-2027-ci-il%C9%99-q%C9%99d%C9%99r-t%C9%99tbiq-olunmayacaq-%E2%80%93-nazir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik