Talıb Tale xəstəxanalıq oldu

Talıb Tale xəstəxanalıq oldu

Müğənni Talıb Talenin səhhətində problem yaranaraq, xəstəxanalıq olub.

Bu barədə ifaçının yaxın dostu, əməkdar artist Səlim Abbasov xəbər verib: "Talıbın səhhətində problem yaranmışdı. Ona görə artıq bir neçə gündür ki, xəstəxanadadır. Amma hazırda yaxşıdır. Bir neçə gündən sonra evə buraxılacaq. O, ev şəraitində müalicə alacaq. Hazırda Talıb özünü yaxşı hiss edir. Mən də xəstəxanada onun yanında idim. Mənimlə birgə şou-biznesin məşhur simaları da müğənnini ziyarət etdilər. Allaha şükürlər olsun ki, hər şey yaxşıdır".

Ayşən Zeynallı