Taksi sürücüləri üçün imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər bu gündən etibarən 21 noyabr saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.
url:
http://kepezfm.az/xeberler/taksi-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-imtahan-ke%C3%A7iril%C9%99c%C9%99k-0

