"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb

Sosial şəbəkədə saxta avtokredit elanları ilə dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, “TikTok”da yaradılan saxta avtosalon səhifəsində avtomobillərin ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə satıldığı vəd edilib. Elanlarla maraqlanan vətəndaşlardan beh və ilkin ödəniş adı ilə pul tələb olunub. Vəsait köçürüldükdən sonra isə zərərçəkənlərin əlaqə cəhdlərinə cavab verilməyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən N.Əlizadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

url: 
http://kepezfm.az/xeberler/t%C9%99k-%C5%9F%C9%99xsiyy%C9%99t-v%C9%99siq%C9%99si-il%C9%99-avtokredit-v%C9%99di-il%C9%99-d%C9%99l%C9%99duzluq-etm%C9%99kd%C9%99-t%C9%99qsirl%C9%99ndiril%C9%99n-%C5%9F%C9%99xs
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik