Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Azərbaycanda təhsil müəssisələrinin odun yanacağından istifadəsi dayandırılıb. Bu addımın meşələrin qorunmasına töhfə verəcəyi bildirilir.Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatına görə, hazırda 1397 təhsil müəssisəsi pellet yanacağı ilə qızdırılır, digərləri isə qazla təmin olunur.Pellet yanacağından istifadə oduna tələbatı azaldır, meşə ehtiyatlarının qorunmasına və istilik təminatının yaxşılaşdırılmasına şərait yaradır.
url:
http://kepezfm.az/xeberler/t%C9%99hsil-m%C3%BC%C9%99ssis%C9%99l%C9%99rind%C9%99-istilik-sisteml%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-m%C3%B6vcud-v%C9%99ziyy%C9%99t-a%C3%A7%C4%B1qlan%C4%B1b

