TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib. Təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub. Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkpa-n%C4%B1n-yeni-ba%C5%9F-katibi-s%C9%99lahiyy%C9%99tl%C9%99rinin-icras%C4%B1na-ba%C5%9Flay%C4%B1b