Canlı
Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə: “Ərimin keçmiş arvadı…”

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə: “Ərimin keçmiş arvadı…”

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadənin həyat yoldaşının keçmiş arvadı ilə məhkəməsinin vaxtı müəyyən olunub. Bu barədə aktrisa özü açıqlama verib: “Həyat yoldaşımın keçmiş arvadı məni onu yalançı və fırıldaqçı adlandırdığıma görə, yoldaşımı isə ona tərbiyəsiz dediyi üçün məhkəməyə verib. Həyat yoldaşım tez-tez işi ilə bağlı xarici ölkələrə gedib-gəldiyinə görə onun məhkəməsi təxirə düşür. Amma mənim məhkəməmin vaxtı dəqiqləşib. Sentyabr ayında ilk dəfə olaraq o qadınla üz-üzə gələcəm”. Aktrisa bildirib ki, o qadının məqsədi həyat yoldaşı ilə arasını vurmaq və ailəsini dağıtmaqdır: “Onun məqsədi həyat yoldaşımla aramızı vurmaq, bizi ayırmaqdır. Biz bir-birimizi sevib evlənmişik, buna imkan verməyəcəyik. Biz evlənməmişdən öncə Murad keçmiş arvadından boşanıb, uşağı da var. Bu ayrılığın səbəbkarı da mən deyiləm. Yoldaşım o qadınla yola getmədiyi üçün ayrılıblar”.

2018-06-13 / 18:31